Moldovada xristian türklər əllərində Türkiyə bayraqları Ərdoğanı gözləyirlər: Rusiyanı özlərinə “böyük qardaş” kimi görən qaqauzlar kimlərdir ? (Fotolar)

Moldovada xristian türklər əllərində Türkiyə bayraqları Ərdoğanı gözləyirlər: Rusiyanı özlərinə “böyük qardaş” kimi görən qaqauzlar kimlərdir ? (Fotolar)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moldova səfəri çərçivəsində Qaqauz muxtar bölgəsinin paytaxtı Komratda qarşılanma mərasimi gözlənilir.

Avropa.info xəbər verir ki, paytaxt Komratda icra komitəsinin binası və açılışı keçiriləcək. Mədəniyyət evinin qarşısında yerləşən prospekt üzərində xalq, əllərində Türkiyə, Moldova və Qaqauz bayraqları ilə Ərdoğanı qarşılamağı gözləyir.

Qaqauz türklərini digər türklərdən ayıran ən böyük xüsusiyyət xristian olmalarıdır. Qaqauzlar 11-ci əsrdə Orta Asiyadan Dunay çayını aşaraq, Balkanlarda özlərinə yurd ediblər. 16-cı əsrdən xristinalığın provoslav məzhəbinə daxil olublar.

Xristian olmalarına rəğmən dillərində Allah, bərəkət, qismət, qurban, dua kimi islami terminologiyaya aid sözlər var. Qaqauzların xristian olmaları onların rus mədəniyyəti ilə iç-içə olmasını təmin edib. 

Qaqauzların çoxu 2-ci dünya müharibəsində sürgünə və 1979 ildə Əfqanıstan səhralarına göndərməsinə baxmayaraq, Rusiyaya böyük hörmət və ehtiram duyurlar. Küçələrdə, məktəblərdə rus dili hakimdir.

Çoxsaylı  sorğulara görə, qaqauzların 97 fazizi  özlərinə ən yaxın millət olaraq rusları görür. Türklük anlayışı onlar çoxu üçün heç bir məna ifadə etmir. Bununla birlikdə uşaqlarına Oğuz adını qoyurlar, Timur onlar üçün böyük bir liderdir. Hətta Bahadır və Mete adlarını da qoyurlar.

Bu gün qaquzlar Moldova sərhədləri içərisində muxtar bölgə kimi tanınır. Qaqauz Yeri adlandırdıqları ölkələrində 3 böyük şəhər var, paytaxtları Komratdır. Hakim dil rusçadır, qaqauzca əhalinin 20 faizi, daha çox yaşlılar danışır. Bu bölgədə hətta qaqauzca danışmağı ayıb qarşılayanlar belə var.

Təhsil rus dilində tədris olunur. Kəndlərdə isə qaqauz dili varlığını qoruyub saxlayır. Kənd adlarının hamısı türkcədir.
Buradan belə bir nəticəyə gəlmək olur ki, şəhərlərdə əsasən kosmopolit bir həyat olduğu üçün, qaqauz dili özünə yer tapa bilmir. Bundan başqa  paytaxt Komratda bolqarlar, moldovanlar qaqauzlarla qarışıq halda yaşayırlar.

Azərbaycan türklərinin Orta Asiya türklərində olduğu kimi qaqauz türklərini anlamaq kimi bir problemləri yoxdur. Qaqauzlar oğuz türklərinin bir boyu olduğu üçün, sözlərinin  çoxu Azərbaycan türkcəsi ilə eynidir. Dillərində ərəb və fars qarışığı yoxdur. Qaqauzların “Oğuzspor” adlı bir futbol klubları da var. 

Türkiyə TİKA vasitəsiylə regiona böyük yatımılar edir, amma hələ də Türkiyəyə qarşı istənilən simpatiya formalaşdırmaq mümkün olmur. Ruslar bölgəyə bir qruş yardım etməmələrinə baxmayaraq, əhalinin əksəriyyəti Rusiyanı özlərinə “ata” kimi görürlər.

Avropa.info 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər