Camal Qaşıqçı olayı ilə bağlı yeni iddia: Bu ərazidə basdırıldığı iddia edilir

Camal Qaşıqçı olayı ilə bağlı yeni iddia: Bu ərazidə basdırıldığı iddia edilir

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girəndən sonra itkin düşən “Washington Post” qəzetinin əməkdaşı Camal Qaşıqçının izi güman edilən bütün yerlərdə axtarılmaqdadır.

Avropa.info xəbər verir ki, polis hadisə günü konsulluqdan çıxan avtomobillərin İstanbuldakı “Belqrad ormanı” deyilən əraziyə getməsi ehtimali üzərində işləyir.

Hazırda bu istiqamətdə aktiv fəaliyyət göstərir. Meşə massivinə gələn polis müşahidə kameralarına baxış keçirməklə yanaşı, meşədə də axtarış ararıb.

Kameralara baxışdan sonra polisin bir dəlil tapacağı ehtimalı üzərində dayanılır.

“Yeni akit”in verdiyi xəbərə görə, Qaşıqçını öldürməkdə iddia edilən polkovnikin Türkiyəyə gələrkən götürdüyü çamadan geri dönərkən götürmədiyi bildirilir.

Polis həmin çamadanı da axtarır.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər