Tütün məhsullarının təbliğini qadağan edən dəyişiklik – Yeni maddə əlavə olunur

Tütün məhsullarının təbliğini qadağan edən dəyişiklik – Yeni maddə əlavə olunur

Qanunvericiliyə radıo, televiziya, teatrlarda, videofilmlərdə, kinoxronikalarda tütün məhsullarının açıq şəkildə təbliği qadağan olunması təklif olunur.

Avropa.info xəbər verir ki, bun gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”,“Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihələri üçüncü oxunuşlarda müzakirə olunub.

Qanunlara nəzərdə tutulan dəyişikliklər barədə məlumat verərn parlamentin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda nəzərdə tutulan dəyişikliyə görə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.

Bununla əlaqədar olaraq “Televiziya və radio yayımı haqqında” qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. Ona görə də qanun layihəsinə “tütün məmulatlarını və tütün istifadəsi prosesini təbliğat məqsədilə nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq” məzmunlu 40.2.2-1-ci maddə əlavə edilir.

Tütün məhsullarının təbliğini qadağan edən dəyişiklik “İctimai televiziya və radio yayımı haqqında” qanuna da ediləcək və bura yeni bir maddə əlavə olunacaq. “Teatr və teatr fəaliyyəti haqqında” qanuna da tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı dəyişiklik təklif olunur. Təklif olunan dəyişikliyə isə ondan ibarətdir ki, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi qadağan olunacaq.

Qeyd olunub ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırılma məqsədi daşıyır.

Komitə üzvləri təqdim olunan dəyişiklikləri dəstəkləyib və qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər