Qərargah: Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib, uçqun və töküntü qeydə alınıb

Qərargah: Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib, uçqun və töküntü qeydə alınıb

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Avropa.info-ya verilən məlumata görə, Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən, sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib.

“Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb”, -Qərargahdan bildirilib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər