Kredit kartı ölçüsündə smartfon təqdim edilib

  • Dünya
  • 18 Oktyabr, 2018 [20:52]
Kredit kartı ölçüsündə smartfon təqdim edilib

Yaponiyanın “Kyocera” şirkəti dünyada ən nazik telefon adına iddia edən yeni “KY-O1L” smartfonunu təqdim edib.

Avropa.info xəbər verir ki, qurğunun qalınlığı 5,3 millimetr təşkil edir, ölçüsü isə bank kartının ölçüsü ilə müqayisə edilə bilər. Sözügedən smartfonun çəkisi 47 qramdır.

Smartfon 2,8 düym diaqonallı ağ-qara displey, həmçinin 380 milliamper/saat tutumlu akkumulyatora malikdir. Bundan başqa, yeni model “LTE” texnologiyasını dəstəkləyir. Qurğuda kamera və proqramlar mağazası yoxdur, ancaq bu modelin sahibləri brauzer vasitəsilə internetə çıxa bilər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər