Pnetaqon Putini təkzib etdi: “Bu faktları təsdiq edəcək məlumat yoxdur”

  • Dünya
  • 19 Oktyabr, 2018 [10:42]
Pnetaqon Putini təkzib etdi: “Bu faktları təsdiq edəcək məlumat yoxdur”

ABŞ nə amerikalı vətəndaşların və çoxsaylı girovların Suriyada Deyrez-zor əyalətindəki düşərgədə olmasından xəbərsizdir.

Avropa.info xəbər verir ki, bu barədə “rian.ru”ya Pentaqon təmsilçisi Şon Robertson məlumat verib.

Pentaqon təmsilçisi bu məlumatların qeyri-dəqiq informasiya olduğunu iddia edib: “Bizdə bu faktları təsdiq edəcək hər hansı məlumat yoxdur. Amerikalı vətəndaşların da adı çəkilən düşərgədə girovluqda olması barədə məlumat yoxdur”.

Qeyd edək ki, Rusiya prezidenti Putin oktyabrın 18-də Suriyada Fərat çayının şərqində terrorçuların 700-dək insanı girov götürdüyünü deyib. Putin deyib ki, həmin girovların arasında ABŞ və digər Avropa ölkələrindən olan vətəndaşlar var.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər