Bu gün İlham Əliyev Ərdoğanla görüşəcək

Bu gün İlham Əliyev Ərdoğanla görüşəcək

Türkiyənin İzmir şəhərində inşa edilən “Star” Neft Emalı Zavodunun açılış mərasimi bu gün Bakı vaxtilə saat 15:30-da keçiriləcək.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytında məlumat verilib.

Məlumatda qeyd edilir ki, mərasimdə  Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Açılış mərasimindən sonra saat 17:00-da Azərbaycan və Türkiyə prezidentləri arasında görüş olacaq.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər