Qaşıqçı olayının pərdəarxası: Məhəmməd bin Salman gedir, yerinə qardaşı Xalid gəlir – Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğludan sensasion açıqlama

Qaşıqçı olayının pərdəarxası: Məhəmməd bin Salman gedir, yerinə qardaşı Xalid gəlir – Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğludan sensasion açıqlama

““Vaşinqton Post”un əməkdaşı Camal Qaşıqçı ətrafında cərəyan edən olay ABŞ və Səudiyyə Ərəbistanı arasında bir “anlaşımlazlığın” olduğunun göstəricisidir.”

Bunu Avropa. info-ya açıqlamasında Yaxın Şərq üzrə mütəxəssis, politoloq  Rufiz Hafizoğlu bildirib.

Onun sözlərinə görə, bir müddət bundan əvvəl Donal Trampın “Kral Salmanı sevirəm, amma ona dedim ki, biz olmasaq, sizi qoruyan olmaz. Buna görə də bizə əlavə ödəniş edin” deməsinin ardından Məhəmməd bin Salman əl Səudun BBC -yə aşıqlamsında “biz ABŞ-dan daha qədim dövlətik” söyləməsi ABŞ-la Səudiyyə Ərəbistanı arasında olan gərginliyin sübütdür.

“Tərəflər arasında olan gərginliyin səbəbi haqda bir şey demək çətin olsa da, artıq “Əcəmi vəliəhdin” ABŞ maraqlarına uyğun olmadığı dünücəsindəyəm. Ən azından ona görə ki, baş verən hadisələrin fonunda Məhəmməd bin Salman əl Səudun ABŞ-da səfir olan kiçik qardaşı Xalıd bin Salman əl Səud ölkəsinə gəlir. Bundan sonra ərəb mediasında illər öncə ləğv olunan “Kralın müavini” vəzifəsinin bərpa edildiyi və bu vəzifəyə Xalıd bin Salman əl Səudun təyyin olunacağı haqda xəbərlər yayılır. Bu isə öz növbəsində Məhəmməd bin Salmanın mədəni şəkildə taxtdan uzaqlaşdırılması üçün atılan ilk addım kimi qiymətləndirilməlidir”– deyə ekspert vurğulayıb.

Xalid bin Salman

Rufiz Hafizoğlunun fikirincə, digər bir tərəfdən  taxt-tacın asanlıqla təhvil veriləcəyi mümkün olmadığı üçün başqa addımlara əl atılmalıdır.

“Camal Qaşıqçı barədə uzun-uzadı danışmaq fikrində deyiləm…. Amma şəxsiyyəti hər kəsə məlumdur. Daha öncə dediyim kimi, Qaşıqçı sıradan bir jurnalist deyildi.  O, “Müsəlman Qardaşları” təşkilatı zamanında Səudiyyə Ərəbistanı kəşfiyyatı və eyni zamanda, Türkiyə rəsmi dairələri ilə qeyri-rəsmi əlaqəsi olan birisi idi. Burada bir az fərqli prizmadan yanaşmaq istərdim. Məhəmməd bin Salmandan kim daha çox narazıdır? Gəlin etiraf edək ki, başda ABŞ və Türkiyədən daha çox İran ondan narazıdır.

Hardansa “dövlət öz maraqları üçün şeytanla da dost ola bilər” sözü yadıma düşdü… Səhv ola bilər, amma kraliyyət ailəsi daxilində artan gərginlik fonunda Qaşıqçı kimi sıradan biri olmayan şəxsiyyətin “itməsi” normal haldır”– Hafizoğlu bildirib.

Image result for mohammed bin salman

Məhəmməd bin Salman

Ekspert tam əmindir ki, Qaşıqçının itməsi və ya iddia edildiyi kimi öldürülməsi  ABŞ kəşfiyyatının kral ailəsindən aldığı şifahi “OK” lə və buna şərait yaradan tərəflə həyata keçirdiyi bir əməliyyatdır.

Hadisənin başqa bir yerdə deyil, məhz konsulluqda baş verməsi və prosesilərin bu yöndə cərəyan etməsinə gəldikdə isə ekspert bildirib ki, Qaşıqçınının məhz konsulluq binasında öldürülməsi təsdiqini tapmayıb:

“Bu da onu söyləməyə əsas verir ki, iddialar prizmasından və xüsusən də Qərbin gündəmə gətirdiyi iddialarla məsələlərə yanaşmaq doğru olmazdı. Qeyd edim ki, Camal Qaşıqçı “əməliyatının” məhz konsulluq binasında həyata keçirilməsi inandırıcı deyil. Lakin bu “əməliyyatın” məhz konsulluq binasında da həyata keçirildiyini istisna etmək doğru olmazdı. Qısası, Qaşıqçı olayı ciddi bir məsələdir və ümumən bölgədəki siyasi proseslərə ciddi şəkildə təsir edəcək bir məsələdir”.

Bu hadisənin Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərə təsirinə gəldikdə ekspert hesab edir ki, heç bir halda baş verən insident nəinki Səudiyyə Ərəbistanı-Türkiyə münasibətlərinə, heç Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərinə də təsir etməyəcək.

“Düşünürəm ki, baş verən insident kral ailəsi daxilindəki çəkişmələrin ölkə hüdüdları kənarında peşəkarcasına düşünülmüş bir planıdır”– ekspert qeyd edib.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər