“Türkiyə və Azərbaycanın içində yer almadığı, razılıq vermədiyi heç bir layihə baş tuta bilməz” – Ərdoğan

“Türkiyə və Azərbaycanın içində yer almadığı, razılıq vermədiyi heç bir layihə baş tuta bilməz” – Ərdoğan

“Türkiyə və Azərbaycan güclü siyasi iradə ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən qurub.”.

Avropa.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə STAR neft emalı zavodunun açılış mərasimində bildirib. Türkiyə prezidenti ölkəsinin Azərbaycanla qardaşlıq münasibətlərini daha da genişləndirdiyini bildirib.

“STAR zavodunun açılışı ilə Azərbaycanla əlaqələrimizi iqtisadi baxımdan da gücləndiririk. Dünyaya nümunə olan münasibətlərimizi bir addım da irəli aparırıq. Regional və qlobal əhəmiyyəti olan TANAP-ı icra olunan layihələrə əlavə etmişik, bu gün açılışını həyata keçirdiyimiz STAR zavodu ilə daha bir addım atırıq. Dünyanın ticarət müharibələri və böhranları ilə sarsıldığı vaxtda bir-bir açılışını həyata keçirdiyimiz layihələrlə ölkələrimizin ortaq hədəflərə yaxınlaşdığını düşünürəm.

Türkiyə və Azərbaycanın rəhbərliyi altında həyata keçirdiyimiz hər bir layihə, ölkələrimizin regional güc olma xüsusiyyətini artırır. Bu zavod Türkiyənin ən böyük layihələrindən biridir. Bu şəkildə neft məhsulları idxalında hər il 1,5 milyard dollar həcmində qənaət edilməsi, xaricdən olan neft məhsulları asılılığın azaldılması məqsədi güdür. Türkiyə və Azərbaycanın regionumuzun təhlükəsizliyi və sabitliyinin olmazsa olmaz aktyorlarıdır və bu artıq hamı tərəfindən qəbul edilmiş həqiqətdir. Bu iki ölkənin içində yer almadığı, razılıq vermədiyi, dəstək vermədiyi heç bir layihə məqsədinə çatmır.

Bizə qarşı olan hücumlara  cavabımızı həm meydanda, həm də diplomatik sahədə ən güclü şəkildə verməyə davam etdirəcəyik. Ölkəmiz və qardaşlarımızı yox sayan təşəbbüslərin heç olduğunu hər kəs görəcək. Beynəlxalq ictimaiətin də Qarabağ məsələsi başda olmaqla dünyada baş verən ədalətsizliklərə “dur” deməsini gözləyirik” – Ərdoğan çıxışında belə deyib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər