Almaniyada atışma olub, ölən və yaralananlar var

  • Dünya
  • 19 Oktyabr, 2018 [18:47]
Almaniyada atışma olub, ölən və yaralananlar var

Almaniyanın Reinland-Pfalz əyalətinin Kirxem qəsəbəsində baş verən atışma nəticəsində 2 nəfər ölüb, birinin vəziyyəti ağır olmaqla 2 polis əməkdaşı yaralanıb.

Bunu əyalətin Frankental şəhərinin prokuroru Hubert Storber bildirib.

Onun sözlərinə görə, bir qadın narkoman oğlunun onu bıçaqla hədələdiyini polisə xəbər verib. Hadisə yerinə polis əməkdaşları göndərilib.

Əli bıçaqlı narkoman polisə hücum edərək iki polisi yaralayıb. Asayiş keşikçilərinin açdığı atəş nəticəsində ana və oğul ölüb. Ananın ölümünün səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər