Yunanıstanda ağcaqanadlar vasitəsilə yayılan virusdan ölənlərin sayı 41 nəfərə çatıb

  • Dünya
  • 19 Oktyabr, 2018 [23:45]
Yunanıstanda ağcaqanadlar vasitəsilə yayılan virusdan ölənlərin sayı 41 nəfərə çatıb

Yunanıstanda bir il ərzində Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə, bu xəstəliyə yoluxanların sayı isə 306 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, hazırda 13 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Qərbi Nil virusu Yunanıstanda birinci dəfə 2010-ci ildə aşkarlanıb. 2010-2014-cü illərdə xəstəlikdən 80 nəfər vəfat edib. 2015-2016 illərdə isə xəstəliyə yoluxanlar barədə məlumat daxil olmayıb. 2017-ci ildən başlayaraq bu virusa yoluxmaların sayı yenidən artmağa başlayıb.

Virus ağcaqanadlar vasitəsilə yayılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər