Son dəqiqə : Səudiyyə Ərəbistanından jurnalist Camal Qaşıqçı ilə bağlı daha bir rəsmi açıqlama – “Bir nəfər İstanbula getdi və…”

Son dəqiqə : Səudiyyə Ərəbistanından jurnalist Camal Qaşıqçı ilə bağlı daha bir rəsmi açıqlama – “Bir nəfər İstanbula getdi və…”

Səudiyyə Ərəbistanı Krallığı jurnalist  Camal Qaşıqçının ölümü haqqında ilkin istintaq nəticəsində əldə etdikləri məlumatları paylaşıb.

Avropa.info xəbər verir ki, Krallığın yazılı açıqlamasında jurnalistn ölümünün bir dava nəticəsində baş verdiyi bildirilib.

“İlkin istintaq nəticəsində Camal Qaşıqçının ölkəsinə qayıdacağına dair bəzi məlumatlar olduğundan bir şübhəlinin, Camal Qaşıqçı ilə görüşmək üçün İstanbula getdiyi aşkar edilmişdir. İlkin araşdırmaların nəticəsində Camal Qaşıqçının Səudiyyə Ərəbistanı Krallığı İstanbul Baş Konsulluğunda olarkən onunla şübhəlilər arasında cərəyan edən görüşün sakit şəkildə olmadığı və mənfi bir şəkildə inkişaf etdiyi müəyyən olunmuşdur. Bunun nəticəsində Camal Qaşıqçı ilə şübhəlilərin bəziləri arasında dava çıxmış və  vətəndaş Qaşıqçının vəfat etməsinə səbəb olmuşdur. Cinayətkarlar Səudiyyə Ərəbistandakı məhkəmələrdə mühakimə olunacaqlar. Hazırda həbs olunan 18 Səudiyyə vətəndaşının araşdırması davam edir. Hadisə ilə bağlı həqiqətlər ictimaiyyətə açıqlanacaq” – Səudiyyə Ərəbistanının yaydığı yazılı açıqlamada belə deyilir.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər