Prezidentliyə namizəd festival zamanı insanlara marixuana payladı – Polis müdaxilə etdi

Prezidentliyə namizəd festival zamanı insanlara marixuana payladı – Polis müdaxilə etdi

Gürcüstanın paytaxtı Tbilisidə “Ana dili” (“Deda ena”) parkında keçirilməsi nəzərdə tutulan marixuana festivalı planlaşdırıldığı formada baş tutmayıb.

Festivalın təyin olunduğu vaxtdan bir neçə saat öncə “Ana dili” parkı polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Tədbir başlayana qədər festivalın təşkilatçısı olan “Girçi” partiyasının bir neçə üzvü polis tərəfindən saxlanılıb.

Festival təşkilatçılarına parkda avadanlıq quraşdırmağa icazə verilməyib. Parkda həmçinin marixuana festivalına qarşı olan vətəndaşlar və ictimai fəallar da etiraz aksiyası keçiriblər.

Polis əməkdaşları tərəflər arasında qarşıdurmanın yaranmasına yol verilməməsi üçün canlı sədd yaradıb.

Marixuananın leqallaşdırılmasının tərəfdarları qarşısında “Girçi” partiyasının lideri, prezidentliyə namizəd Zurab Caparidze çıxış edib. O, çıxışının sonunda ətrafında olanlara marixuana paylamağa başlayıb. Bu zaman polis əməkdaşları Z.Caparidzeni saxlayıblar. Eyni zamanda 10-a yaxın şəxs də saxlanılaraq park ərazisindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Gürcüstan parlamenti marixuananın ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb.

 

 

 

 

 

 

 

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər