Nyu-York ştatında təyyarə avtomobil yoluna enib

  • Dünya
  • 21 Oktyabr, 2018 [13:22]
Nyu-York ştatında təyyarə avtomobil yoluna enib

ABŞ-ın Lonq-Aylend adasında (Nyu-York ştatı) təkmühərrikli “Piper Pa-28” təyyarəsi avtomobil yoluna enib.

Avropa.info trend-ə istinadən xəbər verir ki, insident nəticəsində xəsarət alan olmayıb, təyyarəyə zərər dəyib. Təyyarə Nyu-York ştatının kiçik hava limanından qalxıb və Lon-Aylend adasındakı hava limanında eniş etməli idi.

Eniş zamanı pilot təyyarəni vaxtında saxlaya bilməyib və təyyarə hava limanından kənara çıxıb. Pilot təyyarəni avtomobil yolunda saxlaya bilib.

ABŞ-ın federal aviasiya idarəsi insidentlə bağlı araşdırmaya başlayıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər