Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə seçkiqabağı təxribatın qarşısını alıb

  • Dünya
  • 21 Oktyabr, 2018 [14:52]
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə seçkiqabağı təxribatın qarşısını alıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə seçkiqabağı təxribatın qarşısını alıb.

Avropa.info xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Təxribatın konkret olaraq nədən ibarət olduğu açıqlanmır. Bildirilir ki, son vaxtlar seçki kampaniyası ilə əlaqədar olaraq əhalinin daha çox toplaşdıqları yerlərdə təxribatlara hazırlıq barədə DTX-ya operativ məlumatlar daxil olurdu. Xidmətin əməkdaşlarının həyata keçirdikləri operativ axtarış-əməliyyat tədbirləri nəticəsində təxribatların qarşısı alınıb.

DTX bəyan edib ki, təxribatlara və ölkədə sabitliyin pozulmasına qarşı mübarizə Daxili İşlər Nazirliyi ilə birlikdə davam etdiriləcək. Ölkənin demokratik imicinə, eləcə də əhalinin təhlükəsizliyinə xələl gətirəcək hərəkətlərin qarşısı alınacaq.

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər