Çin sahillərində yük gəmisi batıb, 11 nəfər itkin düşüb

  • Dünya
  • 21 Oktyabr, 2018 [17:10]
Çin sahillərində yük gəmisi batıb, 11 nəfər itkin düşüb

Bazar günü Çinin Lyəonin əyalətinin şimal-şərq sahillərində yük gəmisi batıb.

Avropa.info report-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Gəmidə olan 11 nəfərdən ibarət heyət üzvləri itkin düşüb.

Qəza Huludao şəhər dairəsinin Suyçjun qəzası ərazisində qeydə alınıb. Əraziyə xilasetmə gəmiləri, sahil mühafizə gəmiləri, həmçinin aviasiya cəlb olunub.

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər