Messi “Real” və “İnter”lə oyunları buraxacaq – Qolu qırılıb

  • İdman
  • 21 Oktyabr, 2018 [18:02]
Messi “Real” və “İnter”lə oyunları buraxacaq – Qolu qırılıb

İspaniyanın “Barselona” klubunun argentinalı forvardı Lionel Messi təqribən üç həftə yaşıl meydanlardan kənarda qala bilər.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu İspaniya çempionatının IX turu çərçivəsində “Sevilya” ilə keçirilən qarşılaşma zamanı qolundan zədə alıb və birinci hissənin ortalarında əvəzlənib. Messi stadiondan dərhal xəstəxanaya aparılıb və orada ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Beləliklə, argentinalı futbolçu Primeronun “Real” (28 oktyabr) və “Rayo Valekano” (4 noyabr) ilə keçiriləcək oyunlarını, həmçinin Çempionlar Liqasında “İnter”ə (24 oktyabr və 6 noyabr) qarşı keçiriləcək hər iki matçı buraxa bilər.

Bundan əvvəl Messinin “Sevilya” ilə görüşdə zədələnərək meydanı erkən tərk etdiyi məlumat verilmişdi.

 

 

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər