Bakıda bahalı avtomobildən külli miqdarda pul oğurlandı

Bakıda bahalı avtomobildən külli miqdarda pul oğurlandı

Bakıda bahalı avtomobildən külli miqdarda pul oğurlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Qırmızı Şərq küçəsində baş verib. Yasamal rayon sakini, 1959-cu il təvəllüdlü Orucov Elton Zəlimxan oğluna məxsus “Mercedes” markalı “BA 66 KU” Gürcüstan dövlət nömrə nişanlı avtomobil evinin qarşısında qarət olunub.

Naməlum şəxslər avtomobilin şüşəsini sındıraraq avtomobilin içərisində olan 22 min 600 manatı oğurlayıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində araşdırma aparılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər