Hökumət rəsmiləri Milli Məclisdə toplanır

Hökumət rəsmiləri Milli Məclisdə toplanır

Bu gün 2019-cu ilin büdcə layihəsinin müzakirəsi Milli Məclisin daha 5 komitəsində davam etdiriləcək.

Avropa.info xəbər verir ki, Milli Məclisin Hüquq Siyasəti və Dövlər Quruculuğu, İnsan Hüquqları, Gəncələr və İdman, Regional Məsələlər, Beynəlxalq Münasibətlər və Parlamentlərarası komitələrinin birgə iclasında 2019-cu ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi olacaq.

Müzakirələrdə hökumətin müvafiq qurumlarının rəsmiləri 2019-cu il büdcə zərfi ilə bağlı parlamentariləri məlumatlandıracaq.

Deputatlar növbəti ilin büdcə zərfi ilə bağlı öz fikirlərini səsləndirib, təkliflərini verəcək.

Hökumət rəsmiləri müzakirlər zamanı qaldırılan bir sıra sualları və problemlərin həlli ilə bağlı məsələlərə aydınlıq gətirəcək.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər