ABŞ PKK terror təşkilatının 3 liderinin başına 12 milyon dollar mükafat təyin etdi : Vaşinqtonun sürpriz qərarının pərdəarxası

ABŞ PKK terror təşkilatının 3 liderinin başına 12 milyon dollar mükafat təyin etdi : Vaşinqtonun sürpriz qərarının pərdəarxası

ABŞ hökuməti PKK terror təşkilatı ilə bağlı sürpriz bir qərar verib.

Avropa.info xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi PKK terror təşkilatının liderləri Murad Qarayılanın başı üçün 5 milyon, Cəmil Bayıkın başı üçün 4 milyon, Duran Kalkanın başı üçün isə 3 milyon dollar mükafat veriləcəyini açıqlayıb. ABŞ hökuməti  “Ədalət üçün mükafat” proqramı çərçivəsində bu addımı atdığını bildirib.

Bəzi mütəxəssislər ABŞ-ın bu addımının Suriyadakı PYD/YPG-ni Qəndildən uzaqlaşdırmaq niyyətli olduğunu deyirlər. ABŞ-ın bu qərarını dəyərləndirən təhlükəsizlik mütəxəssisi Mete Yarar isə qərarın verilməsini 3 səbəbə bağlayıb.

Mete Yarara görə, Qarayılan, Bayık və Duran PKK-nın uğursuzluğuna görə sorumlu şəxslər sayılırlar.

“Digər tərəfdən, bu 3 şəxs Türkiyənin də başına mükafat qoyduğu adlar arasındadır. Mükafat siyahısındakı bir çox terrorçu ya yaxalandı, ya da ölü ələ keçirildi. Artıq  Qarayılan- Qalxan -Bayık üçlüyünün də sonu yaxınlaşır. ABŞ, mükafat həmləsi ilə buradan bir paya almaq istəyir. Digər tərəfdən bu 3 terrorçu İrana yaxınlıqları ilə də seçilirlər.

ABŞ PKK terror təşkilatının liderlərinin başına mükafat qoyur, lakin onun bir qolu olan PYD/YPG-ni dəstəkləyir. Terror təşkilatlarının adlarını dəyişdirərək onların xüsusiyyətlərini dəyişdirə bilməzsiniz.

Image result for Mete Yarar

Mete Yarar

ABŞ lap öncədən PKK/YPG məsələsində səmimi münasibət göstərsəydi, bu günkü davranışını qəbul edərdim. ABŞ Türkiyənin terrorla mübarizəsinə töhfə vermək istəyir deyərdim. Amma bir tərəfdən YPG-yə 5 min TIR silah göndərirsən, digər tərəfdən “Türkiyənin təhlükəsizliyi üçün PKK-nın  liderlərinin başına pul mükafatı qoyuram” deyirsən. Buna dünyanın hansı ölkəsi olur-olsun səmimi şəkildə  inanmaz.

Əslində dünya mediası son zamanlar PKK-nın Türkiyə təhlükəsizlik qüvvələri qarşısında yox olma səviyyəsinə gəlməsi və adı çəkilən 3 şəxsin məhv ediləcəyini  yazmağa başlamışdı. Bu adlar açıqlananda mənə çox da sürpriz gəlmədi. PKK-nın uğursuzluğunda bu 3 şəxsin adı çəkilir və bu 3 şəxs indi bizim qarşımıza başlarına pul mükafatı qoyulmuş şəxslər kimi çıxarılır.

Türkiyə öz yol xəritəsini,  öz milli siyasətini təqdim etməyə başladığı andan etibarən ABŞ bölgədə Türkiyənin kursuna gəlməyə məcbur oldu. Onların nə edəcəyi deyil, Türkiyənin öz yol xəritəsində nə qədər qətiyyətlə gedəcəyi mühümdür. Lakin, ABŞ-ın mükafat təyin etmə məsələsinin arxasından xoş bir niyyətin çıxacağını düşünmürəm” – Mete Yarar belə deyib.
Avropa.info 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər