Vergilər Nazirliyinin səlahiyyətləri genişləndirilir – Sığortanı da bu qurum yığacaq

Vergilər Nazirliyinin səlahiyyətləri genişləndirilir – Sığortanı da bu qurum yığacaq

“Sığortanı da, vergini də bir qurum yığacaq. Bununla yığım bir qədər də artacaq”.

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin (MM) əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə çıxışı zamanı deyib.

O, qeyd edib ki, yaxın zamanlarda növbəti dəfə böyük vergi islahatları nəzərdə tutulur:

“Bununla bağlı Vergi Məcəlləsində də ciddi dəyişikliklər gözlənilir. Bu barədə də artıq məlumatlar verilməkdədir. Bu islahatların tərkib hissəsi kimi, nazirliyin işləri, səlahiyyətləri bir qədər də artmış olacaq. Yəni, bundan sonra sığıorta yığımını da, vergi yığımını da eyni qurum-Vergilər Nazirliyi həyata keçirəcək. Bu yığıma da çox müsbət təsir göstərəcək”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər