Deputat: “Pensiyanın 5 manat artırılması ilə razı deyilik”

Deputat: “Pensiyanın 5 manat artırılması ilə razı deyilik”

“Pensiyanın 5 manat artırılması ilə razı deyilik”.

Avropa.info xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, növbəti ildə pensiyaların 5 manat artımı nəzərdə tutulur.

“Biz bununla tam razı deyilik. 5 manatın artırılması artım kimi təqdim olunur. Niyə görə belə az artım olub? Bu, başa düşülən deyil”,- E. Axundova bildirib.

O, eyni zamanda, doğuşa görə valideynlərə müavinətlərin artırılmasını təklif edib.

Onun fikrincə, doğuşa görə müavinətin artırılması ilə son illərdə doğuşun azalmasının qarşısını almağa və bu yolla ailələri stimullaşdırmaq mümküdür.

Deputat həmçinin əlillərin hüquqları və onlara verilən müavinətlərin artırlmasını təklif edib.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər