Deputat müavinətlərin azlığından şikayətlənib

Deputat müavinətlərin azlığından şikayətlənib

“Çox deyirlər ki, Azərbaycan büdcəsi sosialyönümlü büdcədir. Amma biz bunu şahidi olmuruq. Evdə oturan əlil, qoca pensiyaçı, pensiyasının 5-10 manat artırılması ilə bunu hiss etmir”.

Avropa.info xəbər verir ki, bunu deputat Aytən Mustafazadə Milli Məclisdə büdcə layihəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, 144 manat alan pensiyaçı aldığı pensiya ilə heç nə edə bilmir: “Bu heç onun dava-dərmanı etmir. Bu gün sosial xartiyadan danışılır, nə bilim nədən danışılır. Səttar Mehbalıyev yaxşı danışmağa başalamışdı, ancaq sonda dedi ki, dövlətin potensialı nəzərə alınmalıdır. Neçə gündür müzakirələrdə də bunun şahidi oluruq. Samir müəllim ötən günlərdə keçirilən müzakirlərdə dedi ki, bizi Belarusla müqayisə etməyin. Niyə? Axı prezident əziyyət çəkib və bunun nəticəsi olaraq Azərbaycan geostrateji layihələrdə aktiv iştirak edir. Həmin layihələrin təşəbbüskarı və maliyyə təminatçısı kimi çıxış edir. Digər sahələr inkişaf edir. İnsan kapitalına diqqət yetirilir. O baxımdan da bizi digərləri ilə müqayisə etməmək barədə səslənən fikirlə razı deyiləm. Azərbaycan heç də yazıq ölkə deyil. Biz yazıq deyilik. Biz güclüyük və 10 milyon əhalimiz var. Bizim onlara qayğı göstərməyə gücümüz çata bilər. Əgər büdcə sosialyönümlü hesab edilirsə, o zaman bu konkret olaraq büdcədə özünü göstərməlidir. Pensiya və müavinətlər artırılmalıdır”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər