Yaqub Mahmudovdan sərt çıxış: “Yorğanın altında nə baş verir, bilməliyik”

Yaqub Mahmudovdan sərt çıxış: “Yorğanın altında nə baş verir, bilməliyik”

“Vətəndaş bugünkü minimum əməkhaqqı ilə bazardan səbətini doldura bilərmi? Təbii ki, yox. Ona görə də minimum əməkhaqı qaldırılmalıdır və bu bizi düşündürməlidir”.

Avropa.info xəbər verir ki, bunu deputat Yaqub Mahmudov Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.

Minimim əmək haqqının və yaşayış minimum həddinin artırılılmasını təklif edən Y.Mahmudov bildirib ki, bu əməkhaqqı və pensiya ilə yaşamaq mümkün olmadığından bu artırılma yolları düşünülməlidir: “Bu gün cəmiyyət varlı ilə kasıb təbəqə arasında böyük uçurum var. Varlılar az, kasıb təbəqə isə çoxdur. Biz bu fərqin aradan qaldırılması yollarını düşünməliyik”.

Deputat, eyni zamanda, akademiya işçilərinin, alimlərin, uşaq pullarının artırılmasını təkllif edib.

Qarabağ müharibəsi əlilləri ilə bağlı problemə toxunan Y. Mahmudov bildirib ki, bu gün Qarabağ müharibəsinin əlili reallığı əks etdirmir.

“Elə adamlar var ki, onlar heç Qarabağı tanımırlar, ancaq müharibə veteranı və əlildir. Odur ki, burada daxili islahat və araşdırmalar aparılmalıdır. Əlillərin və veterenaların sayı Qarabağda döyüşənlərdən artıqdır. Odur ki, bu ciddi araşdırmalıdır. Çünki bu qədər Qarabağ əlilinin olması cəmiyyətdə şübhə doğurur. Biz ələ baxımlılıqdan qurtulmalıyıq. Hamı bir yolla dövlətdən nəsə qopartmağa çalışır. Bunun qarşısı alınmalıdır. Milləti işləməyə öyrətməliyik. Bundan xilas olmalıyıq. İmkan yaratmalıyıq ki, insdan özü qazana bilsin”,- deputat bildirib.

Sonda deputat onu da bildirib ki, hər şeyi dövlətdən istəmək də düz deyil: “Ayağımızı yorğana görə uzatmalıyıq. Amma yorğanın altında nə baş verir, onu da bilməliyik”

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər