Nazir müavini müavinətlərin artırılacağı anonsunu verdi

Nazir müavini müavinətlərin artırılacağı anonsunu verdi

“Ölkədə müavinətlərin sayı təqüdlərin sayı ilə birlikdə 50-yə yaxındır. Bu il biz parlamentə müavinətlərin sosial inteqrasiyası və artırılması ilə bağlı layihə təqdim edəcəyik”.

Avropa.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavininin sözlərinə görə, yeni layihədə söhbət 5-10 faizdən deyil, əhəmiyyətli dərəcədə artım nəzərə alınıb: “Hazırda bunun üzərində işləyirik. Düşünürəm ki, bu müavinətlər təyinatlı olmalı, haqqı çatan və ehtiyacı olan ailələr bunu almalıdır”.

İ. İsayev bildirib ki, bəzi ailələr növbəti illərdə də ünvanlı sosial yardım almaqda davam edəcəklər:

“Bura çoxuşaqlı ailələr, əmək qabiliyyəti olmayan şəxslər, yaşlı insanlar daxildir. Bu proqrama sosial müavinətlərin identifikasiya ilə bağlı bir birgə proqramda baxılacaq. Çünki burada təkrarlanan və eyni kateqoriyaya daxil olan şəxslər daxildir. Bu istiqamətdə aktiv iş gedir.

Növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ümumi sosial yardım proqramına 172 milyon manat ayrılıb. Əlilliyin təyin edilməsi ilə bağlı məsələ narahatedicidir. Nəzərinəzə çatdırım ki, biz geriyə addım atmamalı, mütərəqqi addım atımışıq və onu təkmilləşdirməliyik. Əlillin təkrar olaraq komissiyadan keçməsinə ehtiyac yoxdur. Səhiyyə Nazirliyinin tibb müəssisələrində əyani olaraq müayinədən keçirilir. Bizim tibbi sosial ekspert komissiyalarımızın heç bir avadanlığı yoxdur”.

Nazir müavini qeyd edib ki, vizual olaraq əlilliyin təyin edilməsi neqativ hallara şərait yaradırdı: “Keçid dövrüdür müəyyən problemlər ortaya çıxır. Növbəti illərdə bunu təkmilləşdirəcəyik. Bizim pensiya təminatı sistemində əlillərin sayı 30 faizdən artıqdır. Belə göstərici dünyanın heç bir ölkəsində yoxdur. Bunların sırasında II-III qrup əlillərin çəkisi daha böyükdür. Onlar bu əlliliyi pensiya təminatından istifadə etmək üçün alıblar. 2017-ci ildən edilən dəyişikliyə əsasən, artıq II-III qrup bu imkandan istifadə etmir. Həmin şəxslər minimum sığorta kartlarını yığmasalar, onlara pensiya təminatı təyin edilmir. Statistikada göstərilir ki, II- III qrup əliliklə bağlı təyinat azalıb. Lakin I qrup əlillərin sayında artım müşahidə olunur. Minimum əmək haqqına gəlincə əlbəttə ki, artmalıdır. Bizim həm əhalinin gəlirləri həm də ÜDM –yə nisbətdə əhalinin minimum əmək haqqı çox aşağıdır. Biz bunu əhəmiyyətli dərəcədə artırmalıyıq. Bu, aktual məsələdir. Prezident qeyri-leqal məşğulluqla bağlı komissiya yaradıb. Əmək haqqı ayrıca bölmədə qeyd olunub. Əmək haqqı sistemi büdcə təçkilatlarında ümumiyyətlə mürəkkəbdir. Bu məsələyə baxılmalıdır. Biz bununla bağlı İşçi Qrupu yaratmışıq. Avropanın tvininq layihəsini, dünya bankının ekspertlərini dəvət emişik. Artıq ilkin layihəmiz var. Lakin bununla bağlı açıqlama vermək istəmirəm. Bizdə ixtisar olmayacaq, optimallaşma həyata keçiriləcək. Fərdi uşot sistemi pensiya sisteminin əsasını təşkil etdiyi üçün bizim ƏƏSMN-da qalır. Eyni zamanda, DOST mərkəzləri yaradılır, biz həmin şəxsləri bu mərkəzdə yerləşdirəcəyik”.

Mürtəza
Avropa.info.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər