Dərmanlarla bağlı cərimələr artırılır

Dərmanlarla bağlı cərimələr artırılır

Dərman vasitələrinin saxlanması və topdansatış tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər nəzərdə tutulub.

Avropa.info xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında “Psixoloji yardım haqqında” qanmun layihəsi ikinci oxunuş, “Dərman vasitələri haqında” qanuna və İnzibatı Xətalar Məcəlləsin dəyişikliklər müzakirəyə çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişkliklərdə əsasən, dərman vasitələrinin istehsalı, saxlanması, topdan satışı, apteklərin təşkilatı işləri ilə bağlı qaydaların pozulmasına görə cəzaalr sərtləşdirilir.

Bununla əlaqədar olaraq, Məcəllənin 221.10 maddəsinə dəyişiklik nəzərdə tutulub.

Dəyişikliyə əsasən, dərman vasitələrinin istehsalına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmaslına görə – vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.

Qayda pozuntusu bir il ərzində yenidən təkrarlanarsa, o zaman vəzifəli şəxs 2500 manatdan 4500 manatadək məvbləğində, hüquqi şəxslər 6000 manatdan 8000 min mnatadək cərimə nəzərdə tutulur.

Məcəlləinin 452 maddəsinə nəzərdə tutulan dəyişiklikdə isə dərman vasitələrinin buraxılışında apteklərin təşkilatı qaydaalrının pozulması ilə bağlıdır. Bununla bağlı olaraq 452.3 maddəsində aptek təşkilatlarına dair tələblər pozulmasına görə -vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 1000 manatdan2000 manatadək məbləğdə cərimələr nəzərdə tutulur. Bu hal bir ərzində yenidən təkrarlanarsa, o zaman vəzifəli şəxs –1500 manatadək, hüquqi şəxslər- 5000 manatdan 7000 manatadək cərimələr nəzərdə tutulur.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər