Bakıda poliklinikada kütləvi zəhərlənmə: Binanı şübhəli qaz iyi bürüdü, həkimlər huşunu itirdi

Bakıda poliklinikada kütləvi zəhərlənmə: Binanı şübhəli qaz iyi bürüdü, həkimlər huşunu itirdi

Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib.

Avropa.info xəbər verir ki, Səhiyyə Nazirliyindən oxu.az-a verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb:

“Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Heç birində zəhərlənmə əlaməti olmadığı üçün evə buraxılıblar. Sadəcə, həkimlər qorxub, təlaşlanıblar”.

Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır:

“Çünki xəstəxana qazlaşdırılmış bina deyil”.

Hazırda faktla bağlı araşdırma aparılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər