Tramp mətbuat konfransında jurnalistlə dalaşdı və təhqirləri sıraya düzdü : “Sən iyrənc adamsan…”

Tramp mətbuat konfransında jurnalistlə dalaşdı və təhqirləri sıraya düzdü : “Sən iyrənc adamsan…”

ABŞ prezidenti Donald Tramp növbəti dəfə jurnalistlərlə qalmaqal yaşayıb. 

Avropa.info xəbər verir ki, hadisə Trampın keçirdiyi mətbuat konfransında baş verib.

Tramp haqqında mənfi xəbərləri ilə tanınan CNN-ın müxbirinin qaçqınlarla bağlı sualı ABŞ prezidentini özündən çıxarıb.

CNN-ın müxbirinə “Sən iyrənc bir insansan, CNN-də çalışmamalısan” deyən Trampla, yaponiyalı bir jurnalist arasında da maraqlı dialoq yaşanıb.

Tramp sual vermək istəyən yapon jurnalistin sözünü kəsərək, ona “haralısan” sualı verib. Jurnalist Yaponiyanın adını çəkincə Tramp  “Shinzoya salam de” (Yaponiyanın baş naziri :avropa.info) deyib.

Jurnalistin Yaponiya ilə ABŞ arasındakı ticarətlə bağlı sualına isə Tramp belə cavab verib:

“Yaponlar böyük bir ölkəyə sahibdir və yaxşı bir baş nazirə malikdirlər. Amma hər zaman deyirəm ki, Yaponiya ilə ticarətimiz doğru deyil. Biz onların maşınlarını alırıq ancaq onlar bizim avtomobillərimizə böyük vergilər qoyurlar.”

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər