Siciliyada daşqın nəticəsində çökərək 9 nəfərin ölümünə səbəb olan villanın qanunsuz tikildiyi müəyyənləşib

Siciliyada daşqın nəticəsində çökərək 9 nəfərin ölümünə səbəb olan villanın qanunsuz tikildiyi müəyyənləşib

Siciliyanın Kasteldaçça bölgəsində aramsız leysan yağışlarından sonra çayın öz məcrasından çıxması nəticəsində su altında qalan villanın çökməsi 9 nəfərin, o cümlədən iki azyaşlının ölümünə səbəb olub.

Avropa.info xəbər verir ki, təbii fəlakət nəticəsində çökən villanın 2010-cu ildə qeyri-qanuni tikildiyi üzə çıxıb. Bununla əlaqədar villanın sahibləri qanunsuz tikinti işləri aparmaqda təqsirləndiriliblər.

Yerli mənbələrin verdiyi məlumata görə, villanın sahibləri Antonino Peys və Konçetta Surriya üç ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla yanaşı, 23,5 min avro məbləğində cərimələniblər. Məhkəmə qanunsuz tikilən villanın sökülməsi barədə qərar qəbul edib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər