Somalidə terror aktı nəticəsində ölənlərin sayı 50-yə çatıb

Somalidə terror aktı nəticəsində ölənlərin sayı 50-yə çatıb

Ötən gün Somalinin paytaxtı Moqadişoda baş verən 3 partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Avropa.info xəbər verir ki, partlayışlar 58 nəfərin xəsarət almasına səbəb olub: “Dağıntılar altından yenidən meyitlər tapılıb, həlak olanların sayı hazırda 50 nəfər təşkil edir. Dağıntılar altında insanların qalması barədə hazırda məluamtımız yoxdur, lakin biz bütün qüvvəmizlə itkin düşənləri axtarırıq”.

Xatırladaq ki, ötən gün terrorçular partlayıcı maddələrlə dolu 3 avtomobili Moqadişonun mərkəzində yerləşən otelin binası yaxınlığında partladıblar. Partlayışlara görə məsuliyyəti “Aş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər