Azərbaycanda futbol məşqçisi qəzada öldü

Azərbaycanda futbol məşqçisi qəzada öldü

Azərbaycanda futbol məşqçisi yol qəzasında dünyasını dəyişib.

Avropa.info xəbər verir ki, bu barədə Trend-ə “Qəbələ” futbol klubundan məlumat verilib.

Bildirilib ki, Qəbələdə yol qəzasında ölən Teymur Musayev “Qəbələ” futbol akademiyasının məşqçisi olub.

Hadisə gecə saat 02:30 radələrində baş verib. T.Musayev evə qayıdarkən dostu 1952-ci il təvəllüdlü Rafiq Qurban oğlu Məmmədovun idarə etdiyi “Tayota” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində məşqçi dünyasını dəyişib.

T.Musayev ailəli idi, iki oğlu və bir qızı var.

Sürücü R.Məmmədov Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Mərkəzdən verilən məlumata görə, onun vəziyyəti ağırdır, iki budunda sınıqlar var, döş qəfəsi ciddi zədələnib. Hazırda reanimasiyaya yerləşdirilib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər