İraq mediasından şok yazı: İranın PKK terror təşkilatı ilə razılaşmasının rəsmi sənədləri ortaya çıxdı – Fotofakt

İraq mediasından şok yazı: İranın PKK terror təşkilatı ilə razılaşmasının rəsmi sənədləri ortaya çıxdı – Fotofakt

ABŞ Mənbiçdə PKK-PYD terrorçularına qarşı Türkiyə ilə razılığıa gəlib. Hər iki ölkə PKK terror təşkilatının başçılarına qarşı pul mükafatı qərarları verib. Bundan əlavə, ABŞ rəsmilərindən biri “PKK-YPG ilə əlaqələrimiz taktiki xarakter daşıyır və müvəqqətidir” deyib. Bununla kifayətlənməyən ABŞ Fəratın şərqi üçün də Türkiyəyə yeni bir təklif hazırlayıb.

ABŞ-ın Suriyadakı xüsusi təmsilçisi Ceyms Ceffreyin başçılıq etdiyi nümayəndə heyəti yaxın günlərdə PYD terror təşkilatının başçıları ilə görüşüb. ABŞ təmsilçisi PYD terrorçularına PKK ilə məsafə saxlamalarını deyib.

ABŞ PKK başçıları üçün mükafat qərarı verəndə PYD terrorçularınadan PKK-nın müdafiə edən açıqlamalar verilmişdi. ABŞ nümayəndə heyətinin görüşündə o açıqlamaya da etiraz edilib, “PKK-nın təsirindən uzaqlaşın” təlimatı verilmişdi.

Avropa.info xəbər verir ki, hadisələrin bu şəkildə inkişaf etdiyi bir vaxtda İraq mediasında ilginc bir sənəd ortaya çıxıb.

İranın İnqilab Keşikçiləri (SEPAH) ilə PKK terror təşkilatı arasında əməkdaşlıqla bağlı sənəd İraq mətbuatında yayımlanıb.

Üzərində farsca “Tam məxfi” qrifi yer alan sənədin rəsmi şəkildə SEPAH tərəfindən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasına göndərildiyi məlum olur.

Bu razılaşmaya görə İran müxalif kürdlərə qarşı PKK terror təşkilatından istifadə edir, terrorçulara ideoloji və radar dəstəyi verilir. İki tərəf arasında silahlı atışma olmayacağı barədə razılığa gəlinir. Bütün bunların əvəzində İran bölgənin sərhəd mühafizəsinin PKK terrorçuları tərəfindən qorunmasını istəyir.

Qeyd edək ki, İran-PKK əməkdaşlığı ilə bağlı sənəd ABŞ-ın nəzarəti altında olan Şimali İraq bölgəsində nəşr edilən mətbuatda yayımlanıb.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər