Qarabağda 3 erməni öldü

Qarabağda 3 erməni öldü

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 etnik erməni ölüb.

Avropa.info report-a istinadən bildirir ki, qəza işğal altında saxlanılan keçmiş Ağdərə rayonu ərazisində olub.

Bildirilib ki, hadisə “Opel Astra” markalı avtomobilin 300 metrlik yüksəklikdən dərəyə yuvarlanması nəticəsində baş verib.

Ölənlərdən 57 yaşlı Varazadat M. (Gümrü) və 33 yaşlı Andranik Ş. (Panik) Ermənistan vətəndaşıdır. Sürücü 53 yaşlı David.V-nın isə Azərbaycan vətəndaşı, Qarabağ sakini olduğu iddia edilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər