HƏMAS İsraili bilinməyən silahla vurdu: “Dəmir Günbəz” aciz qaldı – Yəhudi sakinlər hökumət əleyhinə etirazlara qalxdı

HƏMAS İsraili bilinməyən silahla vurdu: “Dəmir Günbəz” aciz qaldı – Yəhudi sakinlər hökumət əleyhinə etirazlara qalxdı

İsrail ordusu ilə yaşanan son qarşıdurma zamanı HƏMAS yeni raket texnologiyasını nümayiş etdirib.

Avropa.info xəbər verir ki, yeni yaradılan və adı açıqlanmayan raket sistemi ilə bazar günündən bu yana HƏMAS tərəfindən İsrailə 460 raket atılıb.

İsrailin “Dəmir Günbəz” müdafiə sistemi bu raketlərin böyük qisminin qarşısını ala bilməyib. İsrail ordusu raketlərin qarşısını ala bilmədiyini etiraf edib. “Dəmir Günbəz” müdafiə sistemi 460 raketin yalnız 100-nü məhv edə bilib.

İsrail ordusunun sözçüsü Conathan Conricus fələstinlilərin raket texnologiyasının yeniləndiyini, son atışmada Rusiya istehsalı olan tank əleyhinə raket sistemindən istifadə etdiklərini açıqlayıb. Türkiyənin “Yeni Şafak” qəzetinin HƏMAS mənbələrindən əldə etdiyi məlumata görə, iddia qismən təsdiq edilib. Mənbə raketlərin təkmilləşdirildiyini, lakin yeni sistemlə bağlı məlumat verilməyəcəyini bildirib.

Sözügedən müdafiə sisteminin məhv edilməsindən sonra İsrail sakinləri qəzəblənib. Qəzzanın yaxınlığında məskunlaşan yəhudi əhalisi İsrail hökumətini etiraz edib. İsrail hökumətini yeni inkişaf etmiş raket sisteminin uğurlarından sonra kifayət qədər tədbirlər görməməyi təqsirləndirən yəhudilər etiraz aksiyaları keçirib və hökumət əleyhinə şüarlar səsləndirib, şinləri yandırıblar.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər