Deputatlar növbəti ilin xərclərini müzakirə edirlər

Deputatlar növbəti ilin xərclərini müzakirə edirlər

Azərbaycan parlamentin deputatları Milli Məclisin növbəti il üçün xərclərini müzakirə edir.

Avropa.info xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında büdcə zərfinə daxil olan “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsinə başlayıb.

Parlament eyni zamanda Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında layihəni müzakirə edəcək.

Bundan əlavə, parlamentdə “1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliklər, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik, “Notariat haqqında” qanuna dəyişikliklər müzakirə olunacaq.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər