Nazirlik qəzada ölən məşqçi ilə bağlı açıqlama yaydı

Nazirlik qəzada ölən məşqçi ilə bağlı açıqlama yaydı
Daxili İşlər Nazirliyi “Qəbələ” futbol klubunun məşqçisi Teymur Musayevin vəfat etdiyi qəza ilə bağlı açıqlama yayıb.
Avropa.info xəbər verir ki, noyabrın 15-də saat 1 radələrində Qəbələ şəhəri ərazisində Zarağan kənd sakini Rafiq Məmmədov idarə etdiyi “Toyota Prado” markalı avomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişini, Qəbələ şəhər sakini Teymur Musayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, T. Musayev “Qəbələ” futbol akademiyasının məşqçisidir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər