Himni dəyişməyi təklif edən deputat: “Hansı üzlə seçicilərin qarşısına çıxacağam?”

Himni dəyişməyi təklif edən deputat: “Hansı üzlə seçicilərin qarşısına çıxacağam?”

Deputat Tahir Kərimli parlament televiziyasının yaradılmasını təklif edir.

Avropa.info xəbər verir ki, bunu deputat Tahir Kərimli “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, deputatların fəaliyyətinin icitmaiyyəti daha da dolğun şəkildə çatdırılması parlament televiziyasının yaradılmasını zəruru edir.

“Bunun üçün hər cür imkan və resurs var. Əgər belə bir televiziya yardılarsa, deputatların fəaliyyəti cəmiyyətə daha obyektiv formada, təhrif olunmadan çatdırırla bilər”- deputat bildirib.

Deputat parlamentdəki son çıxışının təhrif edildiyini bildirib: “Mənim demədiyim fikirlər təhrif olunaraq, mənim adımdan cəmiyyətə çatdırıldı. Əgər parlamentin belə bir televiziyası olsa, belə xoşagəlməz hallar yaşanmaz. Çünki digər həmkarlarım da belə hallardan sığortalanmayıb. Mənim adımdan cəmiyyətə olmazın sözləri deyildi. Mən Ağsunun 17 kəndində görüşlər keçirmişəm və yenidən görüşlər keçirməliyəm. Mən hansı üzlə onların qarşısına çaxacam? Ona görə də belə bir televiziya yaradılnması zəruridir”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər