Fəzail Ağamalı deputatlara mənzil verilməsini təklif etdi

Fəzail Ağamalı deputatlara mənzil verilməsini təklif etdi

Fəzail Ağamalı deputatlara xarici ezamiyyə xərclərinin ən azı iki dəfə artırılmasını təklif edir.

Avropa.info xəbər verir ki, deputat Fəzail Ağamalı “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün Milli Məclisinin deputatalarının xarici ezamiyyələrinin artırılmasına ciddi ehtiyac var.

“Bu gün ayrılan iki yüz min manat yetərli deyil. Öz adımdan təklif edirəm ki, bu ən azı 400-500 min manata çatdırılmalıdır. Bundan əlavə, Milli Məclisin avtoparkının yenilənməsi, parlament aparatının işçiləri üçün mənzil tikintisi, onların maaşlarının da artırlması vacibdir”- F.Ağamalı bildirib.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər