“Dövlətqaçqınkom”un sədr müavini işdən çıxarıldı

“Dövlətqaçqınkom”un sədr müavini işdən çıxarıldı

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində ciddi kadr dəyişikliyi baş verib.

Avropa.info-nun modern.az saytına istinadən məlumatına görə, Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov vəzifəsindən azad olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Digər sərəncamla Sabir Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Sabir Əhmədov bu təyinatadək Məcburi Köçkünlərin İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.

Xatıqladaq ki, Gəray Fərhadov  “Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun kadrı idi.
2001-2009-cu illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində şöbə müdiri işləyib, 2009-cu ilin martından bu günədək isə komitə sədrinin müavini vəzifəsində işləyirdi.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər