Deputat hökumətdən bu təklifin reallaşmasını istəyir

Deputat hökumətdən bu təklifin reallaşmasını istəyir

“Bildiyiniz kimi, bu il milli parlamentimizin 100 illiyi qeyd olunur. Mən fürsətdən istifadə edib cənab Perzidentə təşəkkür edirəm ki, şəxsən cənab spikerin, ümumilikdə parlamentin fəaliyyətinə yüksək qiymət verdi. Əminəm ki, biz bu kimi yüksək fəaliyyəti bundən sonra da davam etdirəcəyik. Yeri gəlmişkən mənim bununla bağlı təklifim var”.

Avropa.info xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı bildirib.

N. Həmzəyev qeyd edib ki, Milli Məclisə (MM) bu ilin dövlət büdcəsindən ayrılan vəsaitlər düzgün xərclənib və parlamentdə avadanlıqların demək olar ki, hamısı yenilənib: “Bu, çox yaxşı haldır. Mən bir təklifin reallaşmasını xahiş edərdim. Bilirsiniz ki, ölkədə elektron dövlət sistemi çox uğurla gerçəkləşdirilir. Parlament də bu prosesin tərkibində öz üzərinə düşəni uğurla həyata keçirir. Parlamentin aparatının işi də çox ağırdır. Milli Məclis aparatında elektron sistemi sürətləndirmək üçün təklif edirəm ki, əgər hökumət tərəfindən bununla bağlı parlamentin büdcəsinə əlavələr olsun. Bu elektronlaşdırma işini xeyli sürətləndirərdi. Deputatların ofisinin də bu sistemə inteqrasiya olması çox faydalı olardı. İnanıram ki, biz deputatlar də bu məsələdə çiynimizə düşən işin məsuliyyətini daim unutmayacağıq”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər