Siyavuş Novruzov: “Milli Məclisə qanunlar, müqavilələr bərbad gəlir”

Siyavuş Novruzov: “Milli Məclisə qanunlar, müqavilələr bərbad gəlir”

“Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq, parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır”.

Avropa.info xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: “ Onların hazırlanması üçün rus dilli, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad gəlir. Bu baxımdan dilləri bilən mütəxəssislər yığışıb buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər”.

Milli Məclisdə sosioloi sorğu mərkəzinin yaradılmasını təklif edən S. Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini dilə gətirib: “Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmazsa, ayda bir dəfə mərkəz tərəfindən sorğu keçirilməli, mütəxəssislər tərəfindən sorğular vasitəsilə ictiamiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün konqreslərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir”.

Deputat çıxışı zamanı Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsait artırılmasını da təklif edib: “Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqqları artırımalıdır. Çünki onlar gecə-gündüş işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini sənədləri, yerləşdirilməsi məsələsilə məşğul olurlar. Bu baxımdan, bu sahəyə ayrılan vəsat artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər” .

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər