Deputat bu dəyişikliyə etiraz etdi, spiker cavab verdi

Deputat bu dəyişikliyə etiraz etdi, spiker cavab verdi

“Deputatın başqasının əvəzindən səs verdiyinə və ya etik qaydaları kobud surətdə pozulduğuna görə mandatdan məhrum edilməsi düzgün yanaşma deyil”.

Avropa.info xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin daxili nizamnaməsi, deputatın statusu və etik davranış qaydaları ilə bağlı qanunlara dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əgər kimsə başqasının əvəzinə səs verirsə, cinayət məsuliyyəti daşıyır və buna görə cəzalandırmalıdır, amma onun mandatdan məhrum edilməsi düzgün deyil.

“Ümumiyyətlə, qanunlarda nəzərdə tutulan dəyişikliklər hakimiyyət bölgüsünə və onun ruhuna ziddir. Deputat ancaq cinayət törətdikdə və onun cinayəti sübuta yetirildikdə mandatdan məhrum edilə bilər”- Q. Həsənquliyev deyib.

Həsənquliyev əlavə edib ki, bu dəyişikliklərin qəbul edilməsi ölkənin imicinə zərbə vurmaqla yanaşı, onun konstitusiyasının fəlsəfəsinin ruhuna uyğun gəlmir.

Milli Məclis sədri Oqtay Əsədov isə deyib ki, bu dəyişikliklər referendum nəticəsində qəbul olunan məsələ olduğundan burada hər hansı yenilik yoxdur: “Bu dəyişikliklər referendmun müdəədlarına uyğunlaşdırılır”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər