Şəmkirdə yeyib-içən deputatlar kimlərdir? – Çingiz Qənizadə sərt danışdı

Şəmkirdə yeyib-içən deputatlar kimlərdir? – Çingiz Qənizadə sərt danışdı

“Saat 12-də Milli Məclisdə qeydiyyatdan keçən, saat 4-də isə gedib Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, iclasda iştirak etməlidirlər”.

Avropa.info xəbər verir ki, bunu deputat Çingiz Qənizadə parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə deputatların əgər ayrı işləri varsa, gedib, birdəfəlik onunla məşğul olsunlar: “Günün ikinci yarısında iclasların davam etdirilməsi məsələsi tamamilə doğrudur və qaydalara uyğun olduğu üçün də mən bunu dəstəkləyirəm. Həçminin hesab edirəm ki, deputatların əvəzinə, Milli Məclis əməkdaşlarının, texniki işçilərin səsverməsi, düyməni basması yaxşı hal deyil. Jurnalistlər də burdadır, istəmirəm ki, dediklərim başqa səmtə yozulsun. Amma bu məsələ Milli Məclisə, bizim fəaliyyətə kölgə salır. Deputatsansa, axıracan iştirak etməlisən və öz yerinə də səs verməlisən”.

O əlavə edib ki, bundan daha çox parlamentin işində intizamlı qaydada iştirak edənlər naraahtdır: “Amma deputat illərdir iştirak etməyəni elə də narahat etmir”.

Deputat İlham Əliyev isə həmkarı ilə razılaşmayıb: “Günün ikinci yarısında iclasda iştirak edib-etməmək deputatın öz işidir. Buna kimsə qarışa bilməz. Hər bir deputat yalnız özünə cavabdehdir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, iclasın birində qeydiyyatdan keçən deputataın ən azından 30 faizdən çoxu günün ikinci yarısında iştriak etmir: “Belə olmaz axı. Onda gəlin edə edək ki, günün ikinci yarısında da iclasa deputataların qeydiyyatdan keçməsi ilə başlayaq. Bir də görürsən ki, bir gün iştirak edir. Aylarla olmur. Bir-iki dəfə xəbərdarlıq edirsən, amma nəticəsi olmur. Bəs necə etməliyik?!”

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər