Siyavuş Novruzovun ermənilərlə bağlı çıxışı Milli Məclisdə qalmaqal yaratdı

Siyavuş Novruzovun ermənilərlə bağlı çıxışı Milli Məclisdə qalmaqal yaratdı

Siyavuş Novruzovun ermənilərlə sülh imzaladıqdan sonra Qarabağdan parlamentə seçilə biləcək deputatlar və onların öz dilində çıxışı ilə bağlı səsələndirdiyi fikir deputatlar arasında ciddi etiraza səbəb olub.

Avropa.info-nun məlumatına görə, parlamentin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxışı zamanı dil məsləsinə toxunaraq deyib ki, başqa millətin və etnosun nümayəndəsinin öz dilində danışmasını məqbul hesab edir.

Deputatın bu çıxışı həmkarlarının etirazına səbəb olub.

Deputatlar Elmira Axundova və Flora Qasımova həmkarlarının ermənilərin nə zamansa Azərbaycan parlamentinə gəlib və burada hətta öz dillərində danışması ilə bağlı fikirlərinə ciddi etiraz ediblər: “Elə bu qalmışdı Bu ola bilməz”.

İclas salonunda yaranan etiraza reaksiya verən S. Novruzov sədrdən ona çıxışı üçün şərait yaradılmasını xahiş edib. Sonra deputat həmkarlarına üz tuturaq deyib: “İcazə verin, çıxış edək”.

S. Novruzovun bu çıxışına Milli Məclis sədri Oqtay Əsədov da sərt reaksiya verib. Sədr bildirib ki, Azərbaycan dili dövlət dilidir və hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq, əgər Azərbaycan vətəndaşıdırsa, o Azərbaycan dilində danışmalıdır.

“Erməni olmur, kim olur-olsun. Yox bir, onlar üçün bir tərcüməçi də tutacağıq. Artıq əvvəlki dönəm deyil. Bir də Azərbaycnda yaşayan ermənilər Azərbaycan dilini yaxşı bilirlər. Odur ki, hansı millətin təmsilçisi olmasından asılı olmayaraq, dövlət dilinə hörmətlə yanaşmalıdır”-O.Əsədov bildirib.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər