Tbilisidə güclü partlayış – Yaralılar var

Tbilisidə güclü partlayış – Yaralılar var

Gürcüstan paytaxtı Tbilisinin Zemo Poniçala qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının birində güclü partlayış baş verib.

Binanın üçüncü mərtəbəsində səhər saatlarında qeydə alınan partlayışa məişət qazının sızması səbəb olub.

Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib.

Partlayış binanın bir hissəsinin uçmasına səbəb olub. Bir neçə mərtəbəyə və həyətdəki avtomobillərə ciddi ziyan dəyib, bütün mənzillərin pəncərələri sınıb.

Hazırda yanğınsöndürən və xilasedici briqadalar hadisə yerindədir. Onlar dağıntılar altında partlayış zamanı mənzildə olan ana və onun övladını axtarırlar.(report.az)

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər