Bakı – Sumqayıt qatarının hərəkəti məhdudlaşdırılır

Bakı – Sumqayıt qatarının hərəkəti məhdudlaşdırılır

Texniki səbəblərə görə noyabrın 16-ında Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.

Bu barədə Avropa.info-ya “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətiİctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

S.Qədriova qeyd edib ki, noyabrın 16-sı Bakıdan saat 08-00-da yola düşən 6001, saat 08-30-da yola düşən 6003 və saat 08-55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08-50-də yola düşən 6010, saat 09-17-də yola düşən 6012 və saat 09-50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reysə üzrə ləğv edilir”.

Onun sözlərinə görə, göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər