Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının qətlini araşdıran prokurorun qətldə şübhəli bilinən 5 nəfərin edam olunması tələbinə münasibət bildirib.
Avropa.info xəbər verir ki, Çavuşoğlu Səudiyyə Ərəbistanından gələn son açıqlamaların qanedici olmadığını bildirib.
“Həmin 5 nəfər Türkiyə qanunları əsasında mühakimə edilməlidir”, – nazir bildirib.
XİN rəhbəri Qaşıqçı cinayətinin əvvəlcədən planlaşdırıldığını deyib: “Hələ ki cavablanmamış bir sual var. Xaincəsinə öldürülən Camal Qaşıqçının cəsədi haradadır”.
Avropa.info