Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi – Foto

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi – Foto

Polşanın Poznan şəhərində Qlowna küçəsində yerləşən ermənilərə məxsus olan restoranın reklam bannerində Ermənistanın xəritəsi verilib. Xəritədə işğal altında olan Dağlıq Qarabağ torpağı da Ermənistan ərazisi kimi göstərilib. Bu isə Polşada yaşayan soydaşlarımızın etirazına səbəb olub.

Bu barədə Avropa.info-ya Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib.

O bildirib ki, Polşada Azərbaycanlı Gənclər Şurası artıq təxribatın qarşısını almaq üçün hərəkətə keçib: “Hal-hazırda məsələ ilə bağlı şəhərin merinə etiraz məktubu hazırlayırıq və eyni zamanda Azərbaycanın Polşadakı səfirliyinə də məlumat verəcəyik. Təxribatın qarşısını almaq üçün isə hüquqi müstəvidə mübarizə aparacağıq və yaxın zamanda reklam bannerinin sökülməsinə ümid edirik”.

Elnur Eltürk

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər