Tbilisidə yaşayış binasında baş verən partlayışda azərbaycanlı ailənin üzvləri xəsarət alıb

Tbilisidə yaşayış binasında baş verən partlayışda azərbaycanlı ailənin üzvləri xəsarət alıb

Tbilisinin Zemo Poniçala qəsəbəsində bu gün səhər saatlarında doqquzmərtəbəli binada qaz sızması nəticəsində baş verən partlayışda azərbaycanlılar xəsarət alıblar.

Xəsarət alan 3 nəfərin Məmmədovlarailəsinin üzvləri olduğu bildirilir.

Onlar 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsidir.

Xəsarət alan gəncin qayınatası Namaz İbrahimov onların yerləşdirildiyi Yanıq Mərkəzinə baş çəkib. O, jurnalistlərə açıqlamasında hadisə barədə məlumatlı olmadığını bildirib: “Bizə klinikadan zəng vurdular. Uşağın anası Azərbaycandadır, ona qəza barədə məlumat vermişəm”.

Məmmədovlar ailəsinin üzvləri Yanıq Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzin rəhbəri Guqi Kaşibadze bildirib ki, onlar ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıblar.

Qeyd edək ki, Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome ZurabişviliYanıq Mərkəzinə baş çəkib və partlayışda xəsarət alanların vəziyyəti ilə tanış olub.

 

 

 

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər