Gürcüstanda Prezident seçkilərinin ikinci turuna 4 mln. dollara yaxın vəsait ayrılıb

Gürcüstanda Prezident seçkilərinin ikinci turuna 4 mln. dollara yaxın vəsait ayrılıb

Gürcüstanda Prezident seçkilərinin ikinci turunun keçirilməsinə dövlət büdcəsindən 10 583 022 lari (4 mln. dollara yaxın) ayrılıb.

Vəsait seçkilərə hazırlıq, seçki subyektlərinin maliyyələşdirilməsi və digər istiqamətlər üzrə xərclənəcək.

Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də keçirilib. Birinci turun keçirilməsinə 15,1mln. dollardan çox vəsait xərclənib.

Seçkilərin ikinci turu noyabrın 28-də keçiriləcək. İkinci turda mübarizə iki namizəd – Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzearasında aparılacaq.

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər